Kokeşi – taxta gəlinciklər

Kokeşi (小芥子)Yaponiyada taxtadan hazırlanan gəlinciklərdir. Silindrik bədəndən və ona bərkidilmiş başcıqdan ibarətdir. Əvvəllər kokeşini bütöv bir ağac parçasından hazırlayırdılar. Kokeşinin xarakterik xüsusiyyəti, bu gəlinciklərin əl və ayaqlarının olmamasıdır.

Material kimi müxtəlif ağac gövdələrindən – albalı, zoğal, ağcaqayın və ya tozağacından istifadə olunur. Bəzədilməsi zamanı isə, müxtəlif gül, bitki və digər ənənəvi motivlərə müraciət olunur. Kokeşilərin rənglənməsində daha çox qırmızı, qara, sarı və tünd qırmızı rənglər üstünlük təşkil edir.

Belə hesab olunur ki, kokeşilər ilk dəfə Edo dövrünün ortasında (1603-1867) Yaponiyanın şimal-şərqidə yerləşən Tohokuda yaradılıb. Ev üçün taxta əşyalar hazırlayan xarratlar kokeşiləri bu ərazidəki onsenlərə (onsen – müalicəvi isti su mənbələri) gələn qonaqlara suvenir kimi satırdılar. Beləliklə də, bu suvenirləri yaxınlarına hədiyyə edən qonaqlar kokeşi möcüzələri haqqında əfsanə və nağılları bütün ölkəyə yaymaqda vasitəçi olurdular. Gəlinciklərin hər bir nümünəsi unikal, ancaq özünəməxsus xüsusiyyətlərə malik idi.

Kokeşilər nəsildən-nəsilə ötürülürdü. Əgər, uşaqlar kokeşilərlə oynayardılarsa, belə hesab olunurdu ki, bu mütləq tanrılara xoş təsir edəcək. İnsanlar kokeşiləri canlandırardılar və inanırdılar ki, onlar bol məhsul toplanmasına kömək edir, evə bərəkət və uğur gətirirlər.

Başqa bir fərziyyəyə görə, kokeşilər anadan olmadan ölən uşaqların şərəfinə hazırlanırdı və onların ruhunu daşıyırdı (cizo heykəlcikləri kokeşilərə oxşayır).

Kokeşi dizaynında əsas 2 məktəb ayırd edilir: ənənəvi (伝統 – dento) və yeni (新型 – şinqata).

Ənənəvi gəlinciklər Tohukunun müxtəlif vilayətlərində hazırlanırdı. Hər vilayətin üslubu özünəməxsus və misilsiz idi. Kokeşi ustalarının sirləri ustadan şagirdə, atadan oğula ötürülürdü.

Ənənvi Kokeşilərin formaları daha sadədir. Onların nazik bədəni və kürəşəkilli başları olur. Ənənəvi Kokeşilərin hal-hazırda 11 növü qeyd olunur: Tsuçiyu, Togatta, Yaciro, Naruko, Sakunami, Yamaqata, Kiciyama, Nanbu, Tsuqaru, Zao-takayu və Hicioro.

kokeshi
Ənənəvi kokeşilər

Ən məşhur növlərdən biri Naruko kokeşi`dir. Naruko`nun başı fırlana bilir. Başı hər dəfə çevirəndə o xüsusi səs verir ki, bu da ağlayan uşağın səsinə oxşayır. Buna görə ona “ağlayan gəlincik” də deyirlər.

Ənənəvi kokeşilərdə ancaq qızlar təsvir edirlir. İlk yaradılan kokeşilər rənglənməsə də, günümüzdə onların əksəriyyətinin parlaq rəngli kimonosu, gül və digər şəkilli ornamentləri vardır. Hər bir gəlincik əldə rənglənir və altında müəllifin imzası qoyulur. Gəlinciklərin hər biri fərqli üzə malikdir: biri təəccüblənir, digəri gülür, biri ciddi, digəri isə sakit…

Yeni kokeşi növləri isə müxtəlif formalarda, ölçülərdə və rənglərdə olurlar:

IMG_1316
Yeni kokeşilər

1945-ci ildən Yaponiyada kokeşi istehsalı kütləvi xarakter alıb və ənənəvi xalq yaradacılığına aiddir. Hazırda Yaponiyada kokeşi ən məşhur suvenir hesab olunur.

Kokeşinin məşhur Rusiya matryoşkalarının prototipi olması haqqında fikirlər də vardır.

Səkinəxanım Əliyeva © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma