Yui (ユイ)

Tam adı Yoşioka Yui olan ifaçı 26 mart 1987-ci ildə Yaponiyanın Fukuoka prefekturasında anadan olub. Yui müğənni, bəstəkar, söz yazarı, gitara, piano ifaçısı və aktrisadır. J-rock və J-pop janrlarında ifa edən Yui`nin bu günə qədər 5 albomu çıxıb. “Fullmetal Alchemist: Brotherhood”, “Bleach” kimi animelərin bir neçə açılış və qapanış musiqilərinin (opening və ending) ifası Yui`yə aiddir.

Atası o hələ 3 yaşında olanda onları tərk edib. Uşaq vaxtlarından anasının maşınındakı radiodan eşitdiyi mahnıları sonradan xatırlamağa çalışır və özü üçün oxuyurdu. Orta məktəb dövründə anasından çox təsirlənən Yui bir gündəlik tutmağa başlayır və orda hiss etdiklərini və şeirlərini yazır. Təlimlərin pulunu ödəməyə kömək etmək üçün Çin restoranında işə başlamışdı və bu çətin vəziyyət nəticəsində gündə cəmi 2 saat yata bilirdi. Yui buna çox dözə bilmədi və bir gün gözünü xəstəxanada açdı və o artıq qərar vermişdi ki, musiqi və məktəb eyni vaxtda inkişaf edə bilməyəcək. Xəstəxananı tərk etdikdən sonra ilk dəfə küçədə konsert verdi. Bu küçə konsertlərinin birindən sonra “Bianco Nero” adlı qrupun üzvləri ona “cuku” (ilk növbədə Yaponiyada müntəzəm məktəb dərsləri saatlarından sonra, eyni zamanda, istirahət günləri və tətil vaxtı müəyyən fənlər üzrə təhsil təklif edən xüsusi məktəb belə adlanır. red.) adlı musiqi məktəbinə getməsini məsləhət verirlər. Yui fikirləşmədən orta məktəbi atdı və elə Fukuokada yerləşən cuku musiqi məktəbində musiqi yazmaq və gitarırada ifa etməyi öyrənməyə başlayır. Bundan sonra o hər dəfə gitarası ilə birlikdə Fukuokada yerləşən Tencin stadionuna gəlir və orada kiçik konsertlər verməyə başlayır ki, bunun sayəsində o həm də utancaqlığından xilas ola bilir.

Yui professional musiqi karyerasına 2004-cü ildə keçirilən yarışma ilə başlamışdı. Belə ki, 2004-cü ilin may ayında musiqi məktəbindəki müəllimlərinin də məsləhəti ilə o, “sony music Japan”nın bir musiqi yarışmasına qatıldı. Hər iştirakçıya iki mahnı ifa etməsinə icazə verilməsinə baxmayaraq, münsiflər heyətinin istəyi ilə Yui üç mahnı ifa etmiş və maksimum yüksək xal alaraq sinql çıxartma şansını əldə etdi. “Why me”, “It’s Happy Line” adlı ifalarından sonra son olaraq “I know” mahnısında sərgilədiyi perfomans münsiflər heyətindən tam xal almağına kömək etmişdi.

24 dekabr 2004-cü ildə “Leaflet Records” şirkətinin adı altında “It’s Happy Line” adlı debut sinqlı çıxır. Bundan sonra Yui “Feel my soul” adlı yeni bir ifa yazdı. Bu ifanı eşidən “Fuci” Televiziyasının rejissoru Yamaquçi bu musiqinin sinql olaraq çıxmadan öncə onun “Fukigen na Gene” dramasında istifadə olunmasını istəyir. Drama`da ifanın eşidilməsindən sonra çıxan sinql 100.000-dən artıq satış rəqəmi əldə edir. Həftəlik Oricon musiqi çartlarına ilk həftədən 8-ci yerdən daxil olur. 3-cü sinql olan “Tomorrow’s Way” ifası “Hinokio” filminin tema mahnısı oldu, 4-cü sinql “Life” isə, “Bleach” animesinin 5-ci ending mahnısı oldu. Bu 4 uğurlu sinqldan sonra 2006-cı ildə Yui-nin “From me to you” adlı ilk albomu çıxdı və 200.000-dən çox satış rəqəmi əldə edərək böyük uğur qazandı. 2006-cı ildə Yui həm də “Taiyou no Uta” adlı filmdə Kaoru adlı baş rolu ifa etid. Həmin film 2006-cı ildə “Cannes” film festivalında nümayiş olundu.

6 may 2013, "Flower flower" qrupunun debütü. Mənbə: http://www.yui-lover.com/2013/05/flower-flower-debuts-at-japan-jam/
6 may 2013, “Flower flower” qrupunun debütü. Mənbə:yui-lover.com

2007-ci ildə o ilk dəfə Budokanda konsert verdi və bu konsertdə səhnə onun küçə konsertlərinə bənzədilmişdi.

Bir-birinin ardınca çıxan uğurlu albomlardan sonra Yui 2012-ci ildə Youtube`dakı “Vevo” kanalı üzərindən boşluqda olduğunu və bu vəziyyətdə fanatlarının qarşısına çıxmaq istəmədiyini demişdi. Ona görə bir müddət dincəlmək qərarına gəldiyini açıqlamışdı. Ancaq bu çox çəkmədi və 2013-cü ildə o, həm öz stilini dəyişdi, həm də artıq solo layihə olaraq yox, dostları ilə birgə qurduğu “Flower flower” qrupunda vokalist və gitarist olaraq çıxış etməyə başladı.

Yui`nin ifasında “Fullmetal Alchemist: Brotherhood” animesinin birinci açılış musiqisi “Yenidən” (“Again”), 2009.

Rəşid Ələsgərov © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma