Murasaki Şikibu

Məşhur “Genci-Monoqatari”nin müəllifi…

Məşhur “Genci-Monoqatari”nin müəllifi bir xanımdır. Onun şərəfinə Merkuridə kraterlərin birinin adı məhz Murasaki Şikibu adlanır. O, Yaponiyada novella janrının yaradıcısı və eləcə də, bir çox yeniliklərin banisidir.

“Bu dünyanın bəlaları – yalnız qısamüddətli şehdir və qəlb onlar barəsində düşünməməlidir. Ədaləti tapmaq üçün cəhdləri də əsirgəməməli.”

Murasaki Şikibu

“Murasaki Şikibu” adı

Murasaki Şikibu (紫式部) Heyan (Heian) dövrünün şair və yazıçısıdır. Təxminən 973 (978)-1014 (1025)-cü illərdə yaşayıb-yaratdığı güman edilir. Məşhur “Genci Monoqatari”, “Gündəlik” romanının müəllifidir. Həmçinin, şəxsi şerlərindən yığmalar da dövrümüzədək saxlanılıb.

Edo dövrünün illustrasiyası. Məşhur 101 şair oyunu (karuta) kartlarından birində çəkilib. Şikibu onun adı ilə bağlı olan bənövşəyi kimono geyinib. Vikipediya - elektron ensiklopediya.
Edo dövrünün illustrasiyası. Məşhur 101 şair oyunu (karuta) kartlarından birində çəkilib. Şikibu onun adı ilə bağlı olan bənövşəyi kimono geyinib. Vikipediya – elektron ensiklopediya.

Əksər həmin dövr qadın yazıçılar kimi əsil adı məlum deyil. Murasaki Şikibu isə “Genci-monoqatari” romanının əsas qəhrəmanlarının birinin (Genciyə aşiq olan) və yazıçının atasının vəzifəsindən (şikibu-şo) götürülən ləqəbidir. Həm də, Murasaki`nin bənövşəyi rəngi sevdiyindən bu rənglə assosasiya etdiyi də güman edilir. Adının isə Fucivara Takako olması ehtimalı var.

Həyatı

Murasakinın atası Fucivara Tametoki məşhur alim və şair olub. Ümumiyyətlə, Tametoki Fucivara nəslinin şimal qoluna aid olub və digər qohumları kimi tanınmış şəxslərdən biri idi. Məsələn, Fucivara Kaneşuki əsrin ortalarında tərtib olunan 36 ölümsüz`lər (三十六歌仙 – Sancūrokkasen) siyahısında 13-cü yerdə qərarlaşmışdı. Murasakinin anası isə Fucivara Tamenobunun qızı idi. Həm anası, həm də atası orta məmur aristokratiyasına aid idilər.

988-ci ildə Murasaki Fucivara Nobutaka ilə ailə həyatı qurur. 999-cu ildə bu evlilikdən Kenşi adlı bir qız dünyaya gəlir. Gələcəkdə o, Dayni-no Sammişyu adlı şair kimi məşhurlaşacaqdı…

1001-ci ildə Fucivara Nobutakanın ölümü ilə Murasakinin maddi vəziyyəti çətinləşir. 1005-ci ildə o, Fucivara Mitinaqanın qızı şahzadə Şyoşi`nin qulluğuna getməyə məcbur olur. Murasaki ilə eyni vaxtda saray xidmətinə digər məşhur şairlər (Akacome Emon, İcumi Şikibu) də qoşulurlar. Bundan sonra saray tez-tez möhtəşəm poetik turnirlərin keçirildiyi məkana çevrilir.

Əsərləri

“Belə insanı tapmaq olmaz…
Bax, sevəni isə, mümkündür!
O, bacardığı qədər səni anlayır
Ən əsası, hər şeyi bağışlayır.”

Murasaki Şikibu

Şikibunun “Gündəlik” əsəri Yaponiyada qısa nəsrin zuihitsu (随筆) janrında yazılıb. Bu janrda müəllif yazdığının nə qədər ədəbi olduğunu düşünmədən belə, ağlına gələn hər şeyi yaza bilər. Zuihitsu yazan müəllif anidən xatırladığı gündəlik həyatda müşahidə etdiyi, gördüyü hadisələri, ağlına gələn fikirləri qələmə ala bilər.

Murasakinin əsəri onu narahat edən xatirələri haqqındadır və əsasən xronoloji ardıcıllıqla tərtib olunub. Lakin bununla belə, Murasakinin “Gündəlik” əsərində müvafiq zamana uyğun olmayan, – onu əhatə edən insanların müzakirəsi, uşaqlığın xatirələrini əks etdirən nüanslar da var. Bütövlükdə “Gündəlik” 1008-1010-cu illəri əhatə edir. Əsərdə orta əsrlər Yaponiya yazıçısı və saray qulluqçusu olan qadın, Sei Şōnaqon (清少納言) da xatırlanır.

Bir çox tədqiqatçılar “Genci-Monoqatari”nin 1001-1008-ci illərdə yazıldığını güman edirlər. Təqribən 1013-1014-cü illərdə onun şeirlərinin toplusu yaradılıb.

Murasaki sarayda kişi şairlərlə birgə. Vikipediya - elektron ensiklopediya.
Murasaki sarayda kişi şairlərlə birgə. Vikipediya – elektron ensiklopediya.

Tədqiqatçıları belə düşünməyə vadar edən odur ki, 1014-cü ildən sonra, nə Murasaki haqqında məlumatlara, nə də onun şeirlərinə rast gəlmək qeyri-mümkündür. Hesab olunur ki, elə həmin dövrlərdə də o, sarayı tərk edib. Buna görə də, əksər tədqiqatçılar məhz 1014-cü ildə Murasakinin vəfat etdiyini güman edirlər.

Onun qəbrinin Ono-no-Takamura adlı şairin qəbrinin qərbində yerləşdiyi (Horikava, hazırki Kiotonun şimalı) güman edilir.

Enenci, İşiyama Honqan-ci, Daitokuci məbədlərində Murasaki adına dilək tutmaq üçün xüsusi yerlər var.

Sevinc Nur © yapon.az 2014

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma