Geyimdə bir ənənə – tabi

Yapon corabı – tabi

Tabi (足袋) – Yaponiyanın ənənəvi corabıdır. Ayaq biləyinə qədər hündürlüyə malik olan pambıq üzü və pambıq astarlı, klassik ağ rəngdə və də bağlamaq üçün dəmir sancaqlara malik bu corablar adət etdiyimiz corablardan həm də baş barmağının digər barmaqlardan ayrılması ilə fərqlənir. Bu formada olduqlarından onları kişi və qadınlar zori, geta və digər qayış və ya ipli ənənəvi ayaqqabılarla geyinə bilirlər.

1000591_10203153967161079_573954797_n
İro tabi

Tabi milli geyimləri – kimono (着物) və digər vafuku (和服- Yaponiya geyimi) növlərini, eləcə də, orta əsrlərdə samuray paltarlarını bir növ tamamlayır. Tabi`nin daha geniş yayılmış forması ağ rəndədir. Ağ tabilər rəsmi mərasimlərdə, məsələn, məşhur çay mərasimi zamanı geyinilir. Kişilər səfərlər zamanı bəzən qara və göy tabi geyinir. Rəngli, eləcə də, naxışlı tabilər də geniş yayılıb və belə tabiləri daha çox qadınlar geyinir. Lakin bununla belə, kişilər arasında da məşhurlaşmaqdadır.

qara tabi
Qara tabi

Elastik quruluşuna görə ayağın formasını rahat şəkildə alan adi corablardan fərqli olaraq, tabilər parçanın hissələrindən ibarət olur. Arxa tərəfdən tabilər açıqdır, bu da onların düşmə, ayaqdan çıxma ehtimalını artırır. Buna görə də, tabi`nin arxasında bərkitmə vasitələri (dəmir sancaq və ya ip) yerləşir ki, tabiləri bağlamaq olsun.

Kohaze (鞐 və ya 小鉤) – tabi üçün sancaqlar

XVIII əsrin əvvəllərində yaponlar Çindən geyimlərin sancaqlarla bağlanması üsülunu mənimsəyirlər. İlk növbədə, tabilər bu sancaqlara adaptasiya edilir. Belə sancaqlar kohaze adlanır. Kohaze`nin hazırlandığı xammala görə müxtəlif növləri var. Qızıl, fil sümüyü, balina bığı (dişsiz balinalar, bığlı balinaların üst çənəsində diş əvəzinə “balina bığı” adlanan uzun buynuz lövhələri olur) və digər bu kimi qiymətli materiallardan hazırlanan kohazelər olub. Adi, sadə dəmir sancaqlar isə, ancaq Meici dövründə meydana gəlib. Tabi`də kohazelərin sayı 2-dən 6-dək olurdu. Hazırda bu say 4-5 arasında dəyişir.

Daha sonra, dəb bütün istiqamətlərdə inkişaf etməyə başlayır. XIX əsrdən ölkənin xarici dövlətlərə açıq elan ediləmisilə tabilər yeni materiallar və fikirlərlə zənginləşdirilməyə başlanır.

1981779_10203153962120953_2132919366_n
Şiro tabi

Şiro tabi (白足袋)

Ağ klassik, pambıq tabilərdir. Bütün hallarda formal şəkildə kimononun tam komplekti üçün ideal seçim sayıla bilər və də vacibdir. Kişi və eynilə qadınlar üçün keçərli sayılır. Qalın pambıq, ipək, flanel, atlaz parçalardan hazırlanır. Tabilərin hər biri üçün parça növlərindən “tələbi” eynidir: o dartılmamalıdır (bugünkü elastik corablar istisnadır) ki, ayağın formasını asanlıqla ala bilsin. Astarı pambıq və ya flanelidən ibarət olan bütün tabilər lazım olanda ayağı isidir. Astar adətən bəyaz olur.

Kava tabi (革足袋)

Dəri tabilər daha çox arxaik hesab olunur. Lakin bu günümüzdə də istifadə olunur. Faktiki olaraq, öz-özlüyündə ayqqabıdır. Ayağın nəm, palçıq və soyuqdan qorunması üçün əlavə müdafiəyə ehtiyacı yoxdur. Günümüzdə pambıq və eləcə də, ipək tabilərdən dəfələrlə bahadır.

kon
Kon tabi

Kon tabi (紺足袋)

Yuxarıda dediyimiz kimi, kon-tabi (tünd göy-tabi) də kuro-tabi kimi ağ dabanlıqla olur. Bu tabi növlərinin hər ikisini adətən kişilər geyinirlər. II Dünya müharibəsinin sonu və müharibədən həmən sonrakı qısa dövr ərzində qadınlar da kuro və kon tabi geyiniblər. Lakin bunu ölkə üçün ağır və çətin dövrdə lüks həyatla ümumi mübarizə çərçivəsində istisna hal kimi qəbul etmək olar.

İşisoko tabi (石底足袋)

İşisoko (石底) və ya matsuri (祭り) tabilər festival, bayram tabiləridir. İstənilən rəngdə, əsasən isə, ağ, qara və göy rəngdə olur. Digərilərindən özəl toxunma parçadan tikilən sıx dabanlığı ilə fərqlənir. Tez sürtünüb xarab olmasın deyə ayaq üstə çox dayananlar üçün daha sərfəlidir.

1920036_10203153970281157_52852611_n
Kuro tabi

Kuro tabi (黒足袋)

Adından da göründüyü kimi, bunlar qara tabilərdir. Deyilənə görə, bəyaz dabanlıqlı qara tabini Kansae, lakin ağ dabanlıqlı göy tabini (kon tabi) isə Kantoda geyinirdilər. Regional tərcihlərin bu formada təzahürü o qədər də aydın deyil. Belə bir nəzəriyyə var ki, Kanto`nun sakinləri daha aktiv həyat tərzi sürürdülər və sürtünmədən deşilən corabları tez-tez dəyişməli olurdular. Göy tabilər isə, ən ucuzu idi.

Əslində, ağ dabanlıqlı qara və göy tabi nə praktiki, nə də məntiqi cəhətdən münasib görünmür. Lakin bu, qeyri-münasib vəziyyəti onunla izah edirlər ki, corabların sahibini müdiriyyət çağıranda o, parad (ağ) corablarını geyinməyə çatdırmaya bilər. Belə olduqda isə, qara və ya göy tabi geyinən şəxs oturarkən paltarının ucundan görünən ağ dabanlıq onun köməyinə gəlir.

10001330_10203153971161179_480978071_n
Şişyu tabi

Himo tabi (紐足袋)

Bu tabilərin adi tabilərdən fərqi bağlamaq üçün sancaqların yerinə iplərin olmasıdır. Arxaik növ hesab olunur. İstənilən rəngdə, rəsmi və qeyi-rəsmi ola bilər. Əsasən dəmir sancaqlı bağlamaları istəməyənlərin seçimidir. Ayağın həmin nahiyəsində yaraların olması da bu seçimi əsaslandıran səbəblərdən ola bilər.

Şişyu tabi (刺繍足袋)

Naxışlı tabilər istisnasız olaraq qadın və uşaqların paltarlarının ayrılmaz hissəsidir. Ağ və təbii ki, istənilən rəngdə olur və istənilən parça növündən hazırlanır.

resu tabi
Resu tabi

Resu tabi (レース足袋)

Krujevalı (dantelli) tabilərdir. Elə tabinin bu (formal) növünün adı da ingiliscə “lace” (krujeva) sözündən götürülüb. Aydındır ki, əsasən qadınların geyim aksesuarıdır. Hər rəngdə olur və qeyri-rəsmidir.

Varaci kake tabi (わらじ掛け足袋)

Hərfi tərcümədə “həsir sandallardan asılı corab” mənasını verən tabilərin bu xüsusi növü həsirdən hazırlanan ayaqqabılarla geyinilmək üçündür. Tabinin bu xüsusi növü digər modellərə oxşamır.

varaci kake tabi
Varaci kake tabi

Ənənəvi varacilər ayağın ölçüsündən kiçik olduğu üçün barmaqlar adətən ayaqqabıdan çıxır (hesab olunur ki, belə olanda insan ayaqları altında nə varsa onları daha rahat hiss edə bilir). Buna görə də, varaci kake tabi`nin ayaqqabının örtmədiyi və qorumadığı nahiyələrində, yəni, barmaqların altı və barmaqlararası hissəsi möhkəmləndirilmiş olur. Bundan başqa, saman iplərin ayağı sürtməməsi üçün daban nahiyəsində əlavə qoruyucu qat olur.

Dövrümüzdə belə tabiləri yalnız festivallarda, tarixi günlərdə və kosplaylərdə geyinirlər.

1939796_10203153963040976_1931898874_n
Atsurae tabi üçün formalar

Atsurae tabi (誂え足袋)

Pəncəyə əsasən biçilən xüsusi corablar belə adlanır. Əgər sizin ayağınız standart formada deyilsə, eləcə də, hər hansı problem varsa o zaman tabi ayağınızın ölçüsünə müvafiq sifarişlə tikilir. Hətta öz istəyinizlə də adi halda belə sifarişlə tabi tikdirmək olar. Bu zaman ad və ailə gerbinin simvolu həkk olunmuş kohazeləri də sifariş vermək mümkündür.

Karasu tabi (烏足袋)

Tamamilə qara parçadan tikilən tabilərdir – qarğa kimi qara. Bu tabilər adət-ənənəyə uyğun olaraq ənənəvi teatr – kabuki (かぶき) və əsasən də, bunkaru (ぶんかる- kukla teatrı) aktyorları tərəfindən istifadə olunur. Bunkaru aktyorlarının istisnasız olaraq başdan-ayağadək qara geyimdə olması əsas şərtlərdən biridir. Həmçinin, çirkli-paslı işlərdə, ənənəvi döyüş sənəti məşqlərində, çoxlu sayda festivallar zamanı istifadə olunur.

1795786_10203153967801095_1642898803_n (1)
Karasu tabi

İro tabi (色足袋)

İro tabilər tamamilə müxtəlif rənglərdə olur. Bu tabilərin dabanlığı həm ağ, həm əsas rəngə uyğun, həm də həmin rəngin bir qədər tünd çalarında ola bilər. Daha çox bir rəngdə olan növünə üstünlük verilir. Ən parlaq rəngləri adətən gənc qızlar və uşaqlar geyinir. Soyuq və daha “təmkinli” rəngdə tabiləri – orta və yuxarı yaşda qadınlar və kişilər geyinir.

Qara tabi (柄足袋)

Rəngli və rəsimli tabilər – istənilən rəngdə və də istənilən təsvirli. Təxəyyülün sonsuz təcəssümü. İro-tabiləri qeyri-formal belə olsa, daha rahat və şəxsi mühit, dostlarla gəzintiyə çıxanda geyinirlər. Bütün geyim komplekti – kimono ilə ahəngdar olmasına dair ciddi tələbləri var. Dabanlıq ağ və vəziyyətə uyğun istənilən başqa rəngdə ola bilər. Bir qayda olaraq, qadınlar arasında daha populyardır. Lakin tarixən kiçik ağ şəkilli rəngli tabiləri məhz samuraylar geyiniblər.

1959513_10203153964561014_772703198_n
Betçin tabi

Betçin tabi (別珍足袋)

Qeyri-rəsmi lakin çox isti və rahat məxməri corablardır. Bizim dövrümüzdə istisnasız olaraq, qadınların geyiminin bir hissəsi kimi qəbul olunur. Erkən Edo dövründə isə, nəxmər parça materikdən çox məhdud miqdarda idxal olunurdu və sadəcə qadınlar deyil, nəcib samurayların geyimində də istifadə edilirdi.

Cika tabi (地下足袋)

Yerlə, torpaqla təmasda olan tabi`dən daha çox inşaat sektorunda işləyənlər, fermer, bağban, rikşi (人力車- arabada sərnişin daşıyanlar) və digər işçilər istifadə edirlər. Bu tip tabilər daha çox ağır, cod, möhkəm materiallardan hazırlanır. Həm də adətən kauçuk pəncə altlığına sahib olurlar. Onlar boğazı müxtəlif uzunluqda olan çəkmələri xatırladır və corabdan daha çox ayaqqabıya oxşayır. Adi tabilər kimi, cika tabilərdə də baş barmaq ayrılmış olur ki, bunun sayəsində onu ipli, kəmərli ayaqqabı ilə asanlıqla geyinmək mümkündür.

1239045_10203153972521213_123861297_n
Varaci kake tabi

Böyük lastik şirkəti – “Bridgestone Corporation”nın (株式会社ブリヂストンKabuşiki-gaişa Buricisuton) qurucusu Şōcirō İşibaşi (石橋正二郎) bu yeniliyi öz adı ilə bağlayır.

Zaman keçdikcə istehsalın bir neçə sahəsində daha sərt dabanlığın əvəzlənməsinə baxmayaraq, fəhlələrin əksəriyyəti yumşaq dabanlıqlı cika tabiyə üstünlük verir. Bu bir növ sahiblərinə səthlərlə əlaqəni tamamilə hiss etməyə və cəld hərəkəti asanlaşdırır. Məsələn, inşaat sahələrində çalışanlar, fəhlələr, bağban və dülgərlər ayaqları altında olanı bilmək və ayaqlarından köməkçi əl kimi istifadə etməyin tərəfdarıdırlar.

Cika tabi`ni Yaponiyanın hüdudlarından kənarda ancaq internet maqazinlər və eləcə də, döyüş sənəti məhsullarının satışı üzrə ixtisaslaşan dükanlarda əldə etmək olar. Cika tabiyə təkcə şərq döyüş sənəti ilə maraqlanan insanlar deyil, həm də qaçışçılar, alpinistlər, eləcə də, müxtəlif təlimlər zamanı və sadəcə gündəlik geyimin bir parçası kimi üstünlük verilir.

Şəkillərin əksəriyyəti google axtarış sistemi və zajcev-ushastyj.livejournal.com saytı sayəsində əldə olunub.

Sevinc Nur © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma