“Səhər günəşi”

あさひしんぶん {asahi şinbun} (朝日新聞 – belə də yazılır) –  “Səhər günəşi” Yaponiyanın ilk milli qəzetidir. İlk milli qəzet genişformatlı (40,6 × 54,6 sm) idi və 4 səhifədə çıxırdı. Qəzetin nüsxəsi 1 sen (1/100 yen) dəyərində olub, redaksiyada isə 20 nəfər işləyirdi.

Qəzetin əsası 1876-cı il yanvarın 25-də qoyulub. İlk nüsxəsi 1879-cu ildə Osaka şəhərində buraxılıb. Nəşr olunan ilk nüsxə 4 illüstrasiyalı səhifədən ibarət idi. Gündəlik nəşr olunan qəzetin redaksiya heyətindən biri qəzetin yaradıcısı (sahibi) Noboru Kimura hesab olunur. Ryohey Murayama isə qəzetin prezident və naşiri, Tey Çuda isə baş redaktoru olub. Yaponiyanın ilk gündəlik qəzetinin ilk səhifəsi məhz belə görünürdü.

1796435_10203064209757200_450105201_n
25 yanvar 1876-cı il. İlk nüsxə. Vikipediya – elektron ensiklopediya.

Hal-hazırda qəzet ümummilli nəşr hesab olunur və “Mitsui” konserni tərəfindən maliyyələşdirilir. Gündəlik qəzetin gündüz nəşrinin tirajı 6 mln , gecə  nəşrinin tirajı isə 4 mln arasında dəyişir. Səhər nömrələri 14 müxtəlif variantda və ölkənin hər bir adasına müvafiq 4 növdə (saat 14:00-dək) nəşr olunur. Gündüz nəşrin dəyəri 150 yen, gecə nəşrinin dəyəri isə 50 yendir. Siyasi mənsubiyyətinə görə liberal olan qəzetin 2010-cu ildə gündüz tirajının sayı 7,96 mln olub.

Qəzetin 66 %-i abunə yolu ilə yayımlanır. Nəşrin 226 yerli şöbəsi, 1 mərkəzi şöbəsi, 61 regional nümayəndəliyi fəaliyyət göstərir və nəşr 14 informasiya agentliyinin xidmətlərindən yararlanır.

Qəzetin ingilis dilində 2 layihəsi var. Bunlardan biri “Asahi evening news” – yarısı yapon, yarısı ingilis dilində çap olunur. Bu, ad materialın aktual ifadəsi kimi xarakterizə oluna bilər. İkincisi “Spokai asahi” isə əyləncəli informasiya həftəliyidir. Həftənin bazar günləri qəzetin “New York Times weekly review” adlı əlavəsi və analitik həftəliyi olan “AERA” dərc olunur. Nəşrlər genişformatlıdırlar. Reklamlar isə, onların 55-60 %-ni təşkil edir.

Xüsusi qeyd etmək lazımdır ki, nəşr “səs-küylü”, senssasion başlıqlardan istifadə etmir. Onun özünü kəskin və açıq şəkildə göstərən liberal görünüşü var. Auditoriyası isə intellektual, yüksək təhsilli və daha çox gənclərdən ibarətdir.

2004-cü ildən “Asahi şinbun” “Mainiçi şinbun” (“Gündəlik qəzet”) ilə birgə qədimi şōqi – meicin (名人) (şōqi – “generallar oyunu” – Yaponiyanın məntiqi şahmat tipli stolüstü oyunu, meicin – oyunçunun titulu – usta) üzrə titul turnirinin sponsoru kimi çıxış edir. Hər 2 qəzetin şōqi üzrə xüsusi bölməsi var. Müqavilənin dəyəri ildə 360 mln yen (və ya 4 mln ABŞ dolları) həcmindədir.

Qəzetin özünün həmçinin, illik mükafat (bonus) təqdim edən fondu fəaliyyət göstərir.

Sevinc Nur © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma