Kazoedoşi nədir?!

Yaponiyada insanların yaşının ənənəvi hesablanması forması “kazoedoşi” (数え年) adlanır. Hələ 1902-ci ildə Yaponiya hökuməti bu sistemi köhnəlmiş adlandırıb Qərb sisteminə (mannenrei – 満年齢) keçsə də, bəzi ailələr bu ənənəyə davam edirdilər. Buna görə də, 1950-ci ildə Yaponiyada yaşın hesablanması ilə bağlı “istisna hesab sistemi” haqqında da qanun qəbul edilir. Hazırda köhnə sistemə yalnız yaşlılar əməl edir və bu sistem yalnız mərasim və ya proqnozlaşdırmalar zamanı istifadə ilə məhdudlaşır.

Ümumilikdə, Şərqi Asiya ölkələrinin bir neçəsi Vyetnam, Koreya, Çin Xalq Respublikası (ÇXR) və hətta Monqolustanda da bu hesab qaydaları fərqli formada işlənməkdədir.

Çində yaranan bu ənənəyə görə uşaq dünyaya gəldiyi il “0” yox, “1” yaşında hesablanır və doğulduğu tarixdə deyil, ay təqvimi ilə hər yeni ildə yaşı yenilənir. Buna görə də Qərb hesab sistemi ilə müqayisədə uşaqlar Şərq hesab sistemi ilə hesablanarsa 1-2 yaş böyük olur.

Sevinc Nur Ali © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma