2012-ci il may ayının 12-də yapon.az İdarə Heyətinin təşəbbüsü və Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) dəstəyilə “Haru (Yaz) Party” təşkil edilib. Fərdi şəkildə yapon dilini öyrənən tələbələrin hazırladığı tədbirdə bir-birindən maraqlı səhnəciklər nümayiş olunub, tələbələrin ifasında yapon dilində müxtəlif mahnılar səsləndirilib. Tələbələrin iştirakı ilə hazırlanan mini konsert, “Tık-tık xanım Yaponiyada” teatr səhnəciyi, “Labirint” rep qrupunun çıxışı xüsusi marağa səbəb olub. Həmçinin, tədbir zamanı Azərbaycanda ilk dəfə “Hoşi o ou kodomo” animesi azərbaycanca altyazılı nümayiş olunub.
Eyni zamanda, tədbir iştirakçıları üçün karaoke, fotosessiya təşkil olunub.
Tədbirdə Yaponiya səfirliyinin nümayəndələri də iştirak edib.
Tədbirin təşkilində əsas məqsəd Yaponiya və bu ölkənin mədəniyyətini sevərləri bir araya toplayıb asudə vaxtı səmərəli keçirmək olub.





Gülşən Cabbarlı © yapon.az 2012