Yaponiya mədəniyyətinə həsr olumuş tədbir

15 avqust 2011-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzində “yapon.az” İdarə heyətinin təşkilatçılığı ilə Yaponiya mədəniyyətinə həsr olunmuş tədbir həyata keçirilib. Tədbirdə “İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı, Yaponiya səfirinin xanımı Atsuko Vatanabe, səfirliyin əməkdaşı Mequmi Maekava, “Simurq” mədəniyyət assosiasiyasının rəhbəri, kulturoloq Fuad Məmmədov, “İnkişaf və Dünya” İctimai Birliyinin sədri Namazəli Mustafayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Namiq Hüseynov, JAAZ Assosiasiyasının sədri Rüfət Əhməd və assosiasiyanın əməkdaşları, həmçinin media nümayəndələri iştirak ediblər.

296201_148072318610094_994147_n

Tədbiri giriş sözü ilə açan Ceyhun Osmanlı Azərbaycan gənclərinin Yaponiy mədəniyyətinə, incəsənətinə olan marağından danışıb, Yaponiyada təhsil almaq istəyən gənclərin sayının artırılması üçün bir sıra tədbirlər planının hazırlanması nəzərdə tutulduğunu, bunun üçün Yaponiyanın ölkəmizdəki səfirliyi ilə sıx əməkdaşlığın qurulduğu və yeni layihələrin hazırlandığını da qeyd edib.

Sonra Yaponiyanın Azərbaycandakı səfirinin xanımı Atsuko Vatanabe azərbaycanlı gənclərin Yaponiya mədəniyyətinin öyrənilməsinə göstərdikləri həssaslığı çox yüksək qiymətləndirdiyini bildirib.

Tədbir iştirakçıları Yaponiyaya həsr olunmuş təqdimatı izlədikdən və azərbaycanlı gənclərin ifasında səslənən Yaponiyanın milli himnini dinlədikdən sonra “İRƏLİ” Gənclik Mərkəzinin müxtəlif zallarında təşkil olunmuş Yaponiya mədəniyyəti nümunələrini özündə əks etdirən stendlərlə tanış olublar.

Tədbir iştirakçıları azərbaycanlı gənclər tərəfindən hazırlanmış oriqami (kağızdan hazırlanmış fiqurlar), ikebana (güllərdən hazırlanmış kompozisiya), şodou sənətinin (xəttatlıq) yaranma tarixi, onların hazırlanma texnologiyası ilə həmçinin, Yaponiya mətbəxinin ən zəngin elementi olan suşinin hazırlanması prosesilə tanış olmuş və ondan dadmaq imkanı əldə ediblər. Daha sonra qonaqlara Yaponiya mədəniyyətinin qədim nümunəsi olan kamşibai (stolüstü teatr) nümayiş olunub.

Daha sonra qonaqlar Yaponiya üsulu ilə hazırlanmış çay mərasimində iştirak ediblər. Çay mərasimi qonaqların xüsusilə marağına səbəb olub.

Qeyd edək ki, 2 həftəyə yaxın davam edən Yaponiya mədəniyyəti gününə hazırlıq dərsləri Yaponiyanın Azərbaycandakı səfirinin xanımı Atsuko Vatanabe tərəfindən şəxsən aparılıb.

Gülşən Cabbarlı © yapon.az 2011
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma